Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
BMT Assambleyasından Ermənistana növbəti mesaj

0

  • Hamımızın bildiyi kimi 30 ilə yaxın bir müddətidi ki Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu müddət ərzində aparılan danışıqlar isə heç bir müsbət nəticə verməmişdi. Əksinə Ermənistan Baş Nazirinin Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi “Qarabağ Ermənistandır” bəyanatını verməsi qondarma rejimin paytaxtının Şuşa şəhərinə köçürüləcəyi ilə bağlı verdiyi ifadələri vəziyyəti xeyli gərginləşdirmişdir. 2020-ci ilin iyulunda Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində ermənilər atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi-təxribat törətmələri nəticəsində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid oldular, hər ikisi ölümündən sonra ölkə başçısının Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. 2020-ci il 27 sentyabrdan başlayaraq erməni silahlı qüvvələri ağır texnikalardan istifadə edərək bütün cəbhəboyu hücuma keçdilər. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatı həyata keçirildi. 44 gün davam edən “Dəmir Yumruq” adı altında vətən müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatdı. Bu gün hər birimiz sevincli və qürurluyuq. Qürurluyuq ona görə ki, işğal altında olan tporpaqlarımız azad edildi. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı BMT-nin 27 il ərzində icra edilməyən 4 qətnaməsi də öz həllini tapmış oldu. Xocalıda soyqırım zamanı qətlə yetirilən insanların, körpə uşaqların, ahılların qisası alınmış oldu. Biz əldə etdiyimiz bu qələbəyə görə Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev başda olmaqla Müzəffər Ordumuza borcluyuq. Qalib dövlətin lideri İlham Əliyev cənabları BMT-nin 76-cı sessiyasında bir daha Ermənistana səslənərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı dünyada yeni bir reallıq yartadı. Ermənistan bu reallığı qəbul etməli, çökmüş iqtisadiyyatını dirçəltmək və dövlətin mövcudluğunun qalması üçün Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Akif Rüstəmov, Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib51 dəfə
    BMT Assambleyasından Ermənistana növbəti mesaj

    Maraqlı gələ bilər
    54
    50
    60
    154